Dəyirmi Masa Keçirildi

Məktəbimizdə "Suveren dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində 9-cu sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərdə ekoloji maarifləndirməni artırmaq, ətraf mühitin qorunması və davamlı inkişaf mövzularında düşüncə tərzini formalaşdırmaq idi. Dəyirmi masa zamanı 9-cu sinif şagirdləri öz araşdırmalarını və bu sahədəki fikirlərini təqdim etdilər. Təqdimatlar ətraf mühitin mühafizəsi, təbiətin qorunması, tullantıların azaldılması və ekoloji tarazlığın təmin olunması kimi aktual mövzuları əhatə etdi. Şagirdlərin fəallığı və maraqlı çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.Tədbir iştirakçıları belə layihələrin gənclərdə ekoloji məsuliyyət hissinin formalaşmasında mühüm rol oynadığını vurğuladılar.