Bilik yarışı

23.05.2025-ci il tarixində məktəbimizdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Suverenlik və Konstitusiya ili” çərçivəsində IX sinif şagirdləri arasında “Qarabağ-Zəfər tariximiz”mövzusunda Bilik yarışı keçirildi. Yarışda müvafiq olaraq IX sinifləri təmsil edən 4 komanda təşkil olunmuşdu. Yarışın qaydalarına uyğun olaraq “Şuşa”, “Polad Həşimov”, “Dəmir yumruq” və “Bayraktar” komandalarının üzvlərinə 20 sualdan ibarət tapşırıq təqdim olundu. Təyin olunmuş vaxt ərzində komandalar öz cavablarını münsiflər heyətinə təqdim etdilər. IXa sinfini təmsil edən “Şuşa” komandasının üzvləri sualları daha düzgün və çox cavablandırdığı üçün yarışın qalibi elan olundu. Sonda qalib komandanın üzvlərinə “Təltifnamə” təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi