Dəyərlərimiz milli musiqimizdə

Məktəbimizdə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində 6a sinif rəhbərinin təşkilatçılığı ilə “Dəyərlərimiz milli musiqimizdə” adlı maraqlı və maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi milli musiqinin xalqımızın mənəvi dəyərlərini özündə yaşatdığını şagirdlərə çatdırmaq, dəyərlərimizə hörmət hissini aşılayaraq onları mədəniyyətimizə sahib çıxmağa təşviq etmək idi.