Sağlam qida – sağlam həyat

    Məktəbimizin 4b sinfində “Sağlam həyat tərzi və sağlam qidalanma” ilə bağlı “Sağlam qida – sağlam həyat” adlı tədbir təşkil edilmişdir. Tədbirdə sinif  rəhbəri Məxrub  Əskərova sağlam qidalanmanın prinsiplərinə riayət etməyin sağlam həyat tərzinin mühüm tərkib hissəsi olması, uzunömürlülüyü təmin etməsi, bir çox xəstəliklərin qarşısını alması haqqında çıxış etdi. Şagirdlər sağlam həyat tərzini əks etdirən şəkillər və məlumatlar təqdim etdilər, sağlam qidalanmanın əsas prinsiplərinin insanın yaşından, cinsindən, fiziki aktivliyinin çoxluğundan, həyat tərzindən, doğulduğu torpağın məhsullarından, yeməklərindən və mədəniyyətindən asılılığı haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi