Zərərli Vərdişlərə Yox Deyək!
Məktəbimizdə "Sağlam Nəsil, Parlaq Gələcək" layihəsi çərçivəsində şagirdlərin sağlam həyat tərzinə təşviqi məqsədilə "Zərərli Vərdişlərə Yox Deyək" adlı maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi yeniyetmələri siqaret, alkoqol, narkotik və digər zərərli vərdişlərdən uzaq durmağa səsləmək, onlara düzgün və sağlam həyat prinsiplərini aşılamaq idi. Müəllimlər zərərli vərdişlərin insan sağlamlığına təsiri barədə geniş məlumat verdilər və real həyatdan nümunələrlə çıxışlarını daha təsirli etdilər. Şagirdlər isə hazırladıqları şüarlar və təqdimatlarla bu sosial məsələni yaradıcı formada ifadə etdilər. Belə tədbirlər, yeniyetmələrin düzgün formalaşmasında, sağlam düşüncəli fərd kimi yetişməsində böyük rol oynayır. Məktəbimizin məqsədi yalnız elmi biliklər vermək deyil, həm də şagirdlərə sağlam və məsuliyyətli həyat tərzinin vacibliyini aşılamadır.