" Vətənimizi Sevək " mövzusunda dəyirmi masa keçirildi

Məktəb kitabxanasında “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində 4c sinif rəhbəri Nüşabə İsmayılovanın təşkilatçılığı ilə “Vətənimizi sevək” mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə şagirdlər vətənə sevgi, milli-mənəvi dəyərlərin qorunması, qəhrəmanlıq və vətənpərvərlik haqqında fikirlərini bölüşdülər. Dəyirmi masa zamanı iştirakçılar vətən anlayışının mahiyyəti, onun qorunmasının hər bir vətəndaşın borcu olduğu barədə müzakirələr apardılar. Şagirdlər vətənə olan sevgilərini şeirlər və qısa çıxışlarla ifadə etdilər. Tədbirin əsas məqsədi məktəblilərdə vətənpərvərlik ruhunu yüksəltmək, milli kimlik və tarixə hörmət hissini aşılamamaq idi. Sonda N. İsmayılova belə tədbirlərin uşaqlarda vətənə məhəbbət və vətəndaşlıq məsuliyyətini artırmaq baxımından mühüm rol oynadığını vurğuladı.