Kiçik akademiyanın növbəti toplantısı keçirildi
Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiya çərçivəsində yaradıcı şagirdlərin bacarıqlarını nümayiş etdirilməsi üçün növbəti dəfə maraqlı layihə həyata keçirildi. Belə ki, akademiyanın təşəbbüsü ilə hekayə yazı yarışması təşkil olundu. Yarışmanın əsas məqsədi şagirdlərdə ədəbi yaradıcılığa maraq oyatmaq, onların təxəyyülünü inkişaf etdirmək idi. Yarışmada müxtəlif siniflərdən olan şagirdlər iştirak edirdi. Onlar öz xəyal dünyalarına əsasən maraqlı, təsirli və yaradıcı hekayələr yazdılar. Təqdim edilən hekayələr orjinallıq, məzmun dolğunluğu və dilinin zənginliyi baxımından qiymətləndirildi. Qaliblər müəyyən edildi. Şagirdlərə gələcək işlərində uğurlar arzu olundu.