Bilbacar müsabiqəsinin yekun mərhələsi keçirilib

13.05.2025-ci il tarixində məktəbimizdə "Bilbacar" intellektual bilik müsabiqəsinin yekun mərhələsi uğurla keçirilib. Müsabiqənin məqsədi məktəblilər arasında bilik və yaradıcılıq bacarıqlarını stimullaşdırmaq, elmə marağı artırmaq və gənc nəslin intellektual inkişafını dəstəkləmək olub. Müsabiqədə iştirakçılar riyaziyyat, məntiq, təbiət elmləri və ümumi dünyagörüş sahələrində biliklərini nümayiş etdiriblər. Hər bir iştirakçı üçün nəzərdə tutulan tapşırıqlar onların tənqidi düşünmə, problem həll etmə və kreativ yanaşma bacarıqlarını üzə çıxarmaq məqsədi daşıyıb.