Əvəzolunmaz tarixi şəxsiyyət!

08.05.2025-ci il tarixdə məktəbimizin 7b sinfində Azərbaycanın dahi şəxsiyyəti H.Ə.Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatı təşkil olundu. Ümummilli lider, təkrarolunmaz siyasət nəhəngi H.Ə.Əliyevin həyat və fəaliyyəti barəsində sinif rəhbəri ətraflı məruzə etdi. Sonra şagirdlər Ulu öndərə həsr olunmuş sənədli filmə tamaşa etdilər. H.Əliyevin titanik fəaliyyəti, xalqımızın tarixi taleyi ilə bağlı nümayiş olunan kadrlar izləyicilərə bir daha böyük qürur hissi yaşatdı.