Müasir Azərbaycanın qurucusu Heydər Əliyev

08.05.2025-ci il tarixində məktəbimizdə 10 May - Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli liderin müasir Azərbaycan dövlətinin memarı və qurucusu olduğu və Xalqımızın azadlığı, dövlətimizin suverənliyi uğrunda əvəzsiz xidmətlər göstərdiyi vurğulandı. Tədbirdə Azərbaycan tarixində özünəməxsus yer tutan, bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Ulu Öndərin həyatı və siyasi fəaliyyətinə dair faktları özündə əks etdirən sənədli film nümayiş olundu.