Dəyərlərimiz bədii ədəbiyyatda

Məktəbimizdə Vc sinif şagirdləri ilə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində tədbir təşkil olundu. Şagirdlərin dünyagörüşünün, mənəvi aləminin, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərin rolu çox böyükdür. Bu məqsədlə məktəbin kitabxanasında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbir keçirildi. Tədbirdə qeyd olundu ki, milli–mənəvi dəyərlər xalq yaradıcılığında, folklorumuzda, ümumiyyətlə, ədəbiyyatımızda təşəkkül tapıb inkişaf etdirilən və nəsildən-nəsilə ötürülərək bu günümüzün mədəni tərəqqisində əhəmiyyət daşıyan keyfiyyətlərdəndir. Şagirdlərə tövsiyə olundu ki, vaxt tapdıqca çoxlu bədii ədəbiyyat nümunələri ilə tanış olub dünyagörüşlərini inkişaf etdirsinlər.