Reproduktiv sağlamlıq mövzusunda söhbət aparıldı

Məktəbimizin IXA sinifində sinif rəhbəri K.Teymurovanın təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq” haqqında söhbət aparıldı. Sinif rəhbəri çıxışında bildirdi ki, bugünkü tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, həmçinin gələcəkdə möhkəm ailə təməllərinin olması üçün maarifləndirmə işini genişləndirməkdən ibarətdir.Söhbət zamanı yeniyetmələrə geniş məlumatlar verilməklə yanaşı, bu məsələnin mənəvi dəyərləri də xüsusi vurğulandı.