Sağlam gələcəyi qurmaq öz əlimizdədir

30.04.2025-ci il tarixində məktəbimizdə Səhiyyə və İslahatlar mərkəzinin təşəbbüsü ilə “Sağlam gələcəyi qurmaq öz əlimizdədir” mövzusunda maarifləndirici görüş təşkil olundu. Şagirdlərin nəzərinə çatdırıldı ki, günəş, su, hava, səma, bütün canlılar və insanın özü də təbiətin bir parçasıdır. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevirildiyi diqqətə çatdırıldı. Ölkəmizdə ekoloji mühitin qorunması istiqamətində reallaşdırılan bir sıra əhəmiyyətli layihələrin olduğu vurğulandı. Söhbət zamanı zərərli vərdişlərin insan psixologiyasına mənfi təsiri, insan orqanizmində yaratdığı fəsadlar və bunlarla mübarizə yolları iştirakçıların diqqətinə çatdırıldı. Tədbirin sonunda bildirildi ki, gələcəyimiz olan gəncliyimizi bütün mənfi təsirlərdən qorumağa çalışmalıyıq.