Maarifləndirici görüş keçirildi

25.04.2025-ci il tarixində məktəbimizdə Xəzər Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik işlərin təşkili bölməsinin rəisi, Polis Mayoru Xəyalə Həsənova, məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlərin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Görüşün keçirilməsində əsas məqsəd təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, zərərli vərdişlərdən qorunması istiqamətində tədbirlərin gücləndirilməsi və.s nəzərdə tutulmuşdur.