Mütaliə bacarıqlarımızı inkişaf etdirək

23 aprel 2025-ci il tarixində məktəbimizdə “Ümumdünya Kitab Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbiri ibtidai siniflər üzrə metodbirləşmə sədri Quliyeva Aysel bu günün qeyd olunmasının əhəmiyyətindən danışmaqla açıq elan etdi. Tədbirdə seçilmiş Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi oxu qaydalarına riayət edilməklə şagirdlər tərəfindən oxundu. Hekayənin oxusu tamamlandıqdan sonra şagirdlər hekayənin məzmunu və ideyası haqqında maraqlı fikirlər səsləndirdilər. Sonda şagirdlər mütaliəni çox sevdiklərini qeyd etdilər, oxuduqları hekayələrdən və şeirlərdən söz açdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi