Məktəbdə Mülki Müdafiə Günü

16 aprel 2025 - ci il tarixdə məktəbimizdə Mülki Müdafiə Tədbirlər Planına uyğun olaraq " Mülki Müdafiə Günü " keçirildi.
" Mülki Müdafiə Günü " nə həsr olunmuş tədbiri məktəbin Mülki Müdafiə Qərərgah rəisi Məlahət Osmanova giriş sözü ilə açıq elan edərək MM sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri və hüquqları haqqında ətraflı məlumat verdi. Yaşadığımız rayon üçün səciyyəvi olan təbii fəlakətlərin xarakterini və belə şəraitdə davranış qaydalarını şərh etdi.
Mülki Müdafiə qüvvələrinin şəxsi heyətini Mülki Müdafiə üzrə hazırlıq proqramına uyğun tibb, yanğınsöndürmə, rabitə və xilasetmə manqaları hazırlıq vəziyyətinə gətirildi. Fövqəladə hallar zamanı xəbərdarlıq qaydaları, xəbərdarlıq siqnalları verilərkən məktəb heyətinin davranışı təmin olundu.