Mütaliəni sevdirək

Mütaliə aylığı çərçivəsində şagirdlərin oxu bacarıqlarının kitaba olan maraqlarının inkişafını təmin etmək üçün məktəbin Ic sinif şagirdləri ilə məktəb kitabxanasında növbəti görüş keçirildi. Kitabxana müdiri G.Mirzəyeva yaş qrupuna uyğun kitablarla birinciləri tanış etdi. Kitabların, mütaliənin həyatımızdakı rolu şagirdlərin diqqətinə çatdırıldı. Sinif rəhbəri ilə birgə oxunan bir neçə əsərin müzakirəsi həvəslə aparıldı.