“Davranış və ünsiyyət mədəniyyəti” mövzusunda maarifləndirici söhbət

İctimaiyyət arasında özünü düzgün aparan, başqaları ilə söhbət edərkən etik qaydalara riayət edən insanlara mədəni insanlar deyirik. Mədəniyyət hər bir insanın ən başlıca təqdimat formasıdır. Şagirdlərə bu mədəniyyət formalarını öyrətmək məqsədilə 07.04.2025 – ci il tarixində V c sinif şagirdləri ilə bu mövzuda söhbət aparıldı. Söhbət zamanı qeyd edildi ki, fərdin davranış və ünsiyyət mədəniyyəti onun mənəvi və estetik görünüşünü xarakterizə edir. Şagirdlər üçün əsas qaydalara bunlar daxildir: dərslərə vaxtında gəlmək, düzgün oturmaq, biri danışan zaman onun danışığını kəsməmək və s. Sonda şagirdlər mövzu ilə bağlı hazırlanmış slaydı izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi