Dəyərli rəhbərimiz

Uzun illər pedoqoji fəaliyyətlə məşğul olan, gənc nəslin təlim və tərbiyəsində əvəzolunmaz xidmətləri olan, ömrünü təhsilin inkişafına həsr etmiş məktəbimizin direktoru hörmətli Azər müəllimin 65 yaşı tamam olur. Uğurlarla dolu olan həyatınızda hər bir anın dəyəri böyükdür. Sizin əzmkarlığınız, işə olan sədaqətiniz, müdrikliyiniz və rəhbərlik bacarıqlarınız, kollektivimizə daim yol göstərmişdir. Peşəkar həyatda göstərdiyiniz böyük uğurlar, pedoqoji kollektivə ilham verir və həmrəyliyimizi gücləndirir. Həyatın bu yeni mərhələsinə qədəm qoyarkən, sizə sağlamlıq, uzun ömür və ən gözəl arzuların gerçəkləşməsini diləyirik.