“Yeniyetmələrin sirri” mövzusunda söhbət aparıldı

11.03.2025 – ci il tarixində 9ç sinfində reproduktiv sağlamlıq haqqında növbəti söhbət aparıldı. “Söhbətin mövzusu”, “Yeniyetmələrin sirləri” haqqında oldu. Sinif rəhbəri   Həsənəliyeva   Rövşanə  şagirdlərə bildirdi ki, hər bir insanın sirri ola bilər, ancaq yeniyetmələrin yaş dövrü çətin və bəzən problemli olduğu üçün sirləri də təhlükəli ola bilər. Eyni zamanda onlar bu dövrdə normal olaraq hisslərinə hakim ola bilməyib, bəzi səhvlər edə bilərlər. Doğru yolu tapmaq üçün yeniyetmələrə öncə ailəsi, sonra məktəbdə müəllimləri yardım etməlidir. Onları anlamaq,  dəyərli olduqlarını hiss etdirmək əsas  vəzifəmiz olmalıdır. Bu cür münasibət yeniyetmələri narahat edən sirlərin aradan qaldırılmasına kömək olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi