Film nümayişi

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədi ilə məktəbimizdə “İdman həftəsi” çərçivəsində tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də fiziki tərbiyə müəllimi Fəhradov Sərhadın təşkilatçılığı ilə XIa sinfində keçirildi. Şagirdlər olimpiya oyunlarında xalqımızı layiqincə təmsil edən idmançılarla bağlı filmə baxaraq fiziki inkişafın nə qədər vacib olduğunu bir daha vurğuladılar.