Mülki Müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır

Mülki Müdafiə tədbirlərində iştirak etmək hər bir vətəndaşın borcudur. 28 fevral 2025-ci il tarixində məktəbimizdə “1 mart Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş “ Mülki Müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirildi. ll,V,X,Xl siniflərdə təşkil olunan açıq dərslərdə Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələri şərh olundu.Yaşadığımız rayon üçün səciyyəvi olan təbii fəlakətlərin xarakteri,ehtimal olunan nəticələri, belə şəraitdə davranış qaydaları haqqında geniş məlumat verildi. Mülki Müdafiə xəbərdarlıq siqnalları və davranış qaydaları ilə bağlı, o cümlədən yanğın xəbərdarlığı zamanı şagirdlərin təxliyyəsi, həm metodiki həm də praktiki məşqlər keçirildi. Hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələrinin tərkibinə daxil olmayan işçilərin hazırlıq vəziyyəti və fəaliyyəti proqram üzrə yoxlanıldı. Praktiki məşğələlər göstərdi ki, məktəbin rəhbər kollektivi və şagirdləri fövqəladə hadisələr zamanı fəaliyyət ardıcıllığını bilir və ona uyğun hərəkət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi