“Xocalı qan yaddaşımız” adlı tədbir keçirildi

Məktəbimizdə Xocalı Faciəsinə həsr olunmuş tədbirkeçirildi. Tədbir vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərin əzizxatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra açıq elan olundu. Şagirdlər o qanlı və şaxtalı günlərdə soydaşlarımıza qarşı törədilmiş cinayəti ürəkağrısı ilə bir daha xatırladılar. Qeyd olundu ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı keçirdiyi təcavüz siyasətinin tərkib hissəsi idi. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamını daha da artırdı. Tədbir şagirdlərin ifasında şeirlər və video – çarxların nümayişi ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi