Xocalıya Ədalət!

25.02.2025 – ci il tarixində məktəbimizdə Uşaqlarla sinifdənxaric-məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı İlhamə Məlikovanın təşkilatçılığı ilə məktəb kitabxanasında “Xocalıya ədalət!” adlı dəyirmi masa təşkil olundu. Tədbirin məqsədi Xocalıda xalqımıza qarşı törədilmiş genosidi, erməni vandalizmini şagirdlərin diqqətinə çatdırmaqdı. Qeyd olundu ki, insanlığa törədilmiş heç bir cinayət cəzasız qalmamalıdır. Şagirdlər çıxışlarında bildilər ki, insanlığa qarşı törədilmiş bu kütləvi cinayəti bütün dünyaya çatdırmalıyıq. “ Xocalıya ədalət!” bu gün terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhə olduğu iştirakçılar tərəfindən vurğulandı.