Dilimiz mənəvi varlığımızdır

Məktəbimizdə "Dilimiz mənəvi varlığımızdır" adlı tədbir keçirildi. Tədbir 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olundu. Azərbaycan xalqının tarixi qədər qədim və zəngin olan,əsrlərdən bəri keşməkeşli bir yol gələn dilimiz şagirdlərin ifasında nümayiş edilən ədəbi-bədii kompozisiyada bir daha vəsf edildi. Şagirdlər Qorqud nəsihətini, Babək cəsarətini, Nəsimi vüqarını, Koroğlu qüdrətini özündə birləşdirən doğma dilimizə aid şeirlər, mahnılar səsləndirdilər, rəngarəng səhnəciklər nümayiş etdirdilər.