Rəğbətləndirmə kartları təqdim olundu

2024-2025 ci tədris ilindən məktəbimizdə “Şagird davranış qaydaları” pilot layihəsi həyata keçirilir. Bu layihənin məqsədi təhsilalanların hüquq və vəzifələrini tənzimləyən qayda və prosedurlardan ibarətdir. Bu qaydalar məktəbdə nizam-intizama daha ciddi əməl edilməsinə kömək edir. Layihədə şagirdlərin düzgün etik davranışlarla böyümələri diqqətdə saxlanılır. Rəğbətləndirmə kartı şagirdlərin nümunəvi davranışlarını mükafatlandırmaq üçün istifadə olunur. Bu cür kartlar şagirdlərin sinifdəki və ya məktəbdəki müsbət davranışlarını qiymətləndirir və onları daha yaxşı davranış sərgiləməyə həvəsləndirir. Məktəbimizdə davranışı ilə fərqlənən, akademik göstəriciləri yüksək olan şagirdlərə rəğbətləndirmə kartları təqdim olundu. Həyata keçirilən bu tədbirlər şagirdlərə yüksək stimul verdi, dəstəkləyici mühüt yaratdı.