20 Yanvar faciəsi
17.01.2025- ci il tarixində məktəbimizin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəlliminin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra qeyd edildi ki, 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan verən bir hadisədir. Bunun Azərbaycan tarixində təkcə faciə olmadığını, milli azadlıq istəyinin oyanış günü olduğu diqqətə çatdırıldı. Şagirdlər də çıxışlarında bu günün xalqın azadlıq səsini ucaltdığı cəsarət göstərdiyi bir tarix olduğunu bildirdilər. Şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərlə hadisə qurbanlarını bir daha yad etdilər.