Məişət zorakılığına yox deyək!
Məktəbimizdə “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin təşkilatçıları çıxış edərək qeyd etdilər ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Bildirildi ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları tək bir ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də müxtəlif mövzularda təlimlərin, seminarların təşkil olunmasının, müvafiq tövsiyələrin verilməsinin xüsusi əhəmiyyəti vurğulandı. İştirakçılara zorakılığın növləri, ondan qorunma yolları və s. barədə məlumatların verilməsi ilə yanaşı, “Məişət zorakılığına yox deyək! ”, “ Yeniyetmələr arasında sui - qəsd hallarının qarşısını alaq!” başlığı altında çap məhsulları paylanıldı.