"Mən fəxr edirəm ki, Azərbaycanlıyam"
Respublikamızın hər bölgəsində müstəqil Azərbaycanın memarı olan dahi şəxsiyyət Heydər Əliyevin Anım Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir, onun əziz xatirəsi böyük ehtiramla yad edilir. Bizim məktəbimizdə də Heydər Əliyevin Anım Günü ilə bağlı "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə çıxış edənlər dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verdilər. Nümayiş etdirilən videoçarxlar və şagirdlərin ifasında səslənən şeirlər tədbir iştirakçılarının böyük marağına səbəb oldu.