Bilik yarışı

Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması , inkişaf etdirilməsidir Məktəbimizdə öz bilik və bacarıqları ilə seçilən, istedadlı şagirdlərin müəyyənləşdirilməsi, onların istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsi üçün müxtəlif yarışların keçirilməsi fəaliyyətinizin əsas istiqamətlərindədir.  29.11.2024 – cü il tarixində məktəbimizdə  VIII, IX,  X və XI siniflərdə təhsil alan, ayrı – ayrı fənlərdən potensial yaradıcılığa və biliyə malik olan şagirdlərimiz “Bilik yarışı”na qatıldılar. Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya,  kimya, fizika, biologiya və informatika fənlərdən 50 nəfər şagird öz bilik və bacarıqlarını onlara təqdim olunan sual kitabçalarında sınaqdan keçirtdi. Qeyd olunan fənlərdən yüksək nəticə göstərən şagirdlərimiz Respublika Fənn Olimpiadasının şəhər mərhələsində iştirak edəcək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi