Məhəbbət şairi Məhəmməd Füzuli

Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəlliminin təşkili ilə Azərbaycan ədəbi - bədii fikrinin formalaşmasında və inkişafında müstəsna yer tutan Yaxın və Orta Şərq ölkələri ədəbiyyatında tanınan Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olundu. Qeyd olundu ki, şairin bədii- fəlsəfi irsi Azərbaycan xalqının bəşər Xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndi. Füzulinin sözə hakim olan mahir bədii təsvir ustadı olduğu bildirildi. Müzakirə zamanı insanın gözəlliyini və komandanı, sufi- panteist görüşlərini əks etdirən əsərlərindən nümunələr göstərildi. Şagirdlər şairin yaradıcılığından parçalar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi