Məktəbimizdə “Bilbacar” müsabiqəsinin təşkili və şagirdlərimizin iştirakı

Məlum olduğu kimi 2024 – cü ilin oktyabr ayından etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə “Bilbacar” müsabiqəsinə start verilmişdir. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması, eyni zamanda xüsusi istedadlı şagirdlər və qabaqcıl məktəblərin müəyyən edilməsi nəzərdə tutulur. Müsabiqəyə məktəbimizin VIII, IX və X siniflərində təhsil alan 48 şagird cəlb olunmuşdur. Məktəb üzrə təyin olunmuş koordinator kimya müəllimi K.Teymurova müsabiqənin “ Hazırlıq” bölməsi üzrə şagirdlərin suallarla məşq edərək təyin olunan gün ərzində “Yarış” a hazırlığını təmin edir. Bu gün – 28.11.21024 – cü il tarixində müsabiqəyə cəlb olunan şagirdlərimiz məktəbdə “Yarış” bölməsinin keçirilməsində böyük maraq və həvəslə iştirak etdilər. Şagirdllərimiz məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etməklə öz qabiliyyətlərini inkişaf etdirəcəklərinə və həmin bacarıqların real həyatda tətbiq edilməsində bu müsabiqənin böyük rolu olacağına inanırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi