Valideynlərlə görüş keçirildi
Məktəbimizdə valideynlərlə görüş təşkil edildi. Görüşün keçirilməsinin əsas məqsədi valideynləri “şagird davranış qaydaları” və “ Təhlükəsiz məktəb mühiti barəsində maarifləndirməkdən ibarət idi. Görüşdə çıxış edənlər qeyd etdilər ki, ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması üçün müvafiq qaydalara ciddi əməl olunmalıdır. Şagirdlərin məktəbə davamiyyəti, geyim və təhlükəsizliyi ilə bağlı bir sıra məsələlər iclasın ətraflı müzakirə obyekti oldu. Bu sahədə valideyn məsuliyyətinin artırılmasının vacibliyi bir daha görüş iştirakçılarının diqqətinə çatdırıldı.