Polis Akademiyasının əməkdaşları ilə görüş

Bakı Şəhəri Təhsil İdarəsinin icazəsi ilə Azərbaycan Respublikasının Prezidentinin 02.06.2020 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının”  Uşaqlara dair 2020 – 2030 – cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədi ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020 – 2025 – ci illər üçün Fəaliyyət Planı” da göstərildiyi kimi uşaqlarda təhlükəsiz və sağlam həyat tərzinin formalaşdırılması, onlarda fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunmasına dair tədbirlərin gücləndirilməsi sahəsində Ümumtəhsil müəssisələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində məktəbimizdə Xəzər rayonu Polis İdarəsi Yetkinlik yaşına çatmayanların içləri və hüquqları üzrə komissiyanın inspektoru və Polis Akademiyasının əməkdaşları ilə görüş keçirildi. Maarifləndirici görüşdə IX, X, və XI sinif şagirdləri, valideynlər və müəllimlər də iştirak etdilər. Komitə üzvləri və Polis Əməkdaşları şagirdlərin problemləri ilə yaxından tanış oldular və tədbir iştirakçılarını Polis Akademiyasına qəbul qaydaları və beynəlxalq təcrübəyə əsaslanan müasir,interaktiv təlim metodları,ödənişsiz təhsil resursları ilə bağlı məlumatlandırdılar. Tədbir təşkilatçıları iştirakçıların suallarını ətraflı cavablandırdılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi