Şagirdlərlə görüş keçirildi

Məktibimizdə 10.10.2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və  Ailələrə Dəstək Mərkəzi tərəfindən uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirə mərkəzin sosial iş üzrə mütəxəssisi Aysun Kərimova, mərkəzin psixoloqu Orxan Məcnunov, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Görüşdə zorakılıq anlayışı, zorakılığın baş vermə səbəbləri və növlərindən danışılıb. Daha sonra zorakılıq və bullinq hallarının insan psixologiyasına olan mənfi təsirlərindən danışılıb. Sonda uşaqların mövzu ilə bağlı fikirləri soruşulub, onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi