Əlvida məktəb!

 İyunun 14 - də məktəbimizdə 2023-2024-cü tədris ilinə həsr olunmuş "Son zəng " tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru, müavinlər, valideynlər iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbir açıq elan edildi. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Azər Həsənov çıxış edərək qeyd etdi ki,insan həyatında elə günlər olur ki,ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də "Son zəng " günüdür. Uşaqlığımızın ən çılğın,ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən " kaş o günlərə dönə biləydim" arzusu keçir. Çıxış edən müəllimlər, valideynlər yeni həyata qədəm qoyan bu gənclərə uğurlar dilədilər. Yüksək əhval-ruhiyyə ilə keçirilən tədbir şən, oynaq milli musiqi sədaları altında sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi