Korrupsiyaya qarşı mübarizəyə dair maarifləndirici söhbət aparıldı

04.06.2024–cü il tarixdə məktəbimizdə pedaqoji kollektivin iştirakı ilə Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirildi. Məktəb rəhbəri Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapmış korrupsiya ilə bağlı hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik və hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə dair məsələlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Eyni zamanda bilavasitə korrupsiya hüquqpozmaları, korrupsiyaya şərait yaradan hüquqpozmaları, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, korrupsiya və rüşvət alma anlayışları, aktiv və passiv rüşvətxorluq barədə zəruri məlumatlar da tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Xüsusi olaraq vurğulandı ki, korrupsiya və rüşvət alma il mübarizə hər bir insanın vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi