Müəllimlərin etik davranış Qaydaları

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024 – cü il KQ - 07 nömrəli Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları"  təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014 – cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilmişdir.

   30.05.2024 – cü il tarixində məktəbin direktoru Azər Həsənov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının yeni Qərarı ilə məktəb kollektivini tanış etdi. A.Həsənov 15 may 2024 – cü il tarixli KQ - 07 nömrəli Qərarın bəndlərini və  " Təhsilverənlərin etik davranış Qaydaları" nın ayrı-ayrı müddəalarını müəllimlərin diqqətinə çatdırdı. Qanunun aliliyini, insan hüquqlarını, demokrativ prinsipləri rəhbər tutaraq hər bir təhsilverənin bu Qaydaların müddəalarına əməl etməyə borclu olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi