Şagirdlərimiz sərgidə iştirak etdilər

Şagirdlərimiz “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində 28 May Müstəqillik Günü münasibəti ilə təşkil olunmuş rəsm sərgisində iştirak etdilər. Dövrün aktual məsələləri əks olunmuş rəsmlərdə milli-mənəvi dəyərlərimiz özünəməxsus şəkildə əksini tapmışdı.Milli vətənpərvərlik mövzusunda çəkilmiş rəngarəng rəsm əsərləri maraqla qarşılandı. Şagirdlərimiz böyük həvəslə məktəbimizi təmsil etdilər.Sərgidən ruh yüksəkliyi ilə ayrıldılar.