Maarifləndirici dərs keçirildi

Məktəbimizdə “İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün hansı tədbirlər görülməlidir?” - mövzusunda maarifləndirici dərs keçirildi.İqlim dəyişkənliyinin bəşəriyyət üçün ciddi bir təhdid olduğu şagirdlərin nəzərinə çatdırıldı. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşmə həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişikliklər iqlim dəyişikliyinə səbəb olmuşdur. Azərbaycan da qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur artmışdır. Sonda mövzu ilə bağlı video – çarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi