Fövqəladə hallar zamanı davranış qaydalarını öyrənək
Məktəbimizdə 21.05.2024-cü il tarixdə Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar nazirliyinin birgə layihəsinə uyğun olaraq IV c sinfində Afaq Nəcəfovanın təşkilatçılığı ilə "Fövqəladə hallar zamanı davranış qaydalarını öyrənək" adlı maarifləndirici söhbət aparıldı. Şagirdlərə suda boğulma, yanğın, dəm qazı və digər fövqəladə hallar haqqında geniş məlumat verildi, müxtəlif xəbərdarlıq nişanlarının əhəmiyyəti izah olundu.