“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”
Məktəbimizdə Azərbaycan tarixində doğan günəş-Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam! " adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verdilər və qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün də hamımızın qürur mənbəyidir. Şagirdlərin ifasında səsləndirilən şeir və mahnılar tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Tədbir şagirdlərin şən rəqsləri ilə sona çatdı.