Hər sözüm bir pəhləvandır
Dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar olaraq məktəbimizin şagirdləri arasında “Hər sözüm bir pəhləvandır” adlı inşa yazı müsabiqəsi keçirildi. Müsabiqənin məqsədi dərin məna tutumu, bəşəri və humanist ideyaları, işıqlı fikirlərinə görə seçilən əbədi yaşar sənətkarın yaradıcılığına bir daha nəzər salmaq idi. Şagirdlər türk, ərəb və fars dillərində bənzərsiz bədii fəlsəfi əsərlər yaratmış sənətkarın zəngin irsini yazılarında təsvir etdilər. Şairin lirik qəhrəmanlarını səciyyələndirdilər. Müsabiqənin sonunda yazıları ilə fərqlənən şagirdlər müəyyən olundu.