M.Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.  Bu münasibətlə məktəbimizdə bir sıra tədbirlərdən biri də VII b sinfində təşkil olundu. Fənn müəllimin dahi şairin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsinin Ümummilli lider H.Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.  Şagirdlər görkəmli şair, anadilli poeziyanın mükəmməl nümunələrini yaradan sənətkar haqqında hazırladıqları məruzələri təqdim etdilər və onun yaradıcılığına istinad edərək şeirlər səsləndirdilər.  Sonra qüdrətli sənətkarın həyatı və fəaliyyətinə həsr olunmuş sənədli filmi izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi