Qohumlararası nikahın fəsadları

  Məktəbimizin IXa sinfində “Qohumlararası nikahların fəsadları” mövzusunda maarifləndirici söhbət aparıldı. Sinif rəhbəri Əkbərova Hüsniyyə çıxış edərək bildirdi ki, erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur. Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə işinin daha məqsədyönlü şəkildə aparılması bu gün cəmiyyətimiz üçün daha zəruridir. Erkən nikahın, eləcə də qohum nikahının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Şagirdlərə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi