Beynəlxalq Uşaq Kitabı Günü

  Məktəb kitabxanasında  keçirilən tədbirdə şagirdlərə  "  Beynəlxalq Uşaq Kitabı Günü " haqqında məlumat verildi. Bu günün yaranma tarixi barədə sinifdənxaric – məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı İlhamə Məlikova  bildirdi ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən 2 apreli Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib.

  “ Ən sevdiyim kitab “ mövzusunda təşkil olunmuş tədbirdə şagirdlər çox böyük həvəslə mütaliə etdikləri əsərlər haqqında danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi