Təltif edildi
01.04.2024-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən S.Rüstəm adına Xarici Dillər Təmayüllü gimnaziyada “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda iştirak edən məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən “ Təşəkkürnamə “ ilə təltif edilmişdir.