Yeniyetmələrin sirləri

29.03.2024 - cü il tarixində “Yeniyetmələrin sirləri” mövzusunda  IXç  sinfində maarifləndirici tədbir keçirildi. Tədbirdə sinif rəhbəri Aysel  Rəhimova çıxış edərək qeyd etdi ki, artıq yeniyetməlik dövrünə qədəm qoyduqları bu çətin dönəmdə şagirdlərin hisslərində, davranışlarında müəyyən dəyişikliklər müşahidə olunur. Bəzən həddindən artıq aqressiv olur, bəzən də özlərinə qapanır, sanki ətraf mühitdə baş verən hadisələrə biganə olurlar. Bu dövrdə həm valideynlər, həm də müəllimlər onlara daim dəstək olmalı, depressiyaya düşmələrinə imkan verməməlidirlər. Tədbir mövzu ilə əlaqəli qarşılıqlı diskussiya ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi