Müəllimlər mükafatlandırıldı

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş məktublarda Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi və dövlət qurumlarına işə qəbul ilə bağlı keçirilmiş test imtahanlarında zal nəzarətçisi qismində cəlb olunmuş Bakı şəhərinin ümumi təhsil müəssisələrinin müəllimlərinin fəaliyyətinin müxtəlif meyarlar əsasında qiymətləndirildiyi bildirilmişdir. Keçirilən qəbul və buraxılış imtahanlarında yüksək pedoqoji keyfiyyətlərə, intellektual potensiala və imtahan auditoriyasını idarəetmə bacarığına malik olan 416 müəllimin fəaliyyəti yüksək qiymətləndirilmişdir. Fərqlənən müəllimlər arasında məktəbimizin biologiya müəllimi Rövşanə Həsənəliyeva və kitabxana müdiri Gülçöhrə Mirzəyeva da yer aldılar. Onlar yüksək peşəkarlıq fəaliyyətinə görə diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi