Sağlam qidalanma

Məktəbimizin 9b sinfində “Sağlam qidalanma” mövzusunda maarifləndirici tədbir keçirildi. Uşaqlar sağlam yaşamağın açarının ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasından asılı olduğunu və bunun üçün hansı qaydalara əməl edilməli olduğunu yoldaşları ilə müzakirə etdilər. Hazırladıqları videoçarxlarda qidaların çoxşaxəli olması, meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından istifadə qaydaları haqqında məlumat verdilər. Qeyd etdilər ki, qarşıdan hər şeyin bol olduğu yay fəsli gəlir. Ona görə də, bu bolluqdan orqanizmin xeyrinə daha çox istifadə etmək lazımdır. Sonda tədbir iştirakçıları bir daha vurğuladIılar ki, "Sağlam qida, sağlam həyat " deməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi